Yunanıstan sahillərində yüzlərlə pakistanlı ölüb

Pakistan Senatının sədri Sadiq Sancrani bildirib ki, Liviyadan İtaliyaya qeyri-qanuni mühacirləri daşıyan balıqçı gəmisinin batması nəticəsində 300-ə yaxın pakistanlı ölüb.

Öz növbəsində, Pakistanın baş naziri Şehbaz Şərif hadisənin başvermə səbəbinin ən yüksək səviyyədə araşdırılması üçün göstəriş verib.

Yunanıstan rəsmiləri ölənlərin sayını hələlik təsdiqləməyib. Qayıq iyunun 14-də batıb. BMT-nin miqrasiya agentliyi qayıqda təxminən 750 nəfərin olduğunu bildirib. 

Avropa Komissiyasının daxili işlər üzrə üzvü Ylva Yohanssonun sözlərinə görə, faciə Aralıq dənizində baş vermiş ən dəhşətli hadisələrdən biridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ