Moskvada içi sərnişinlərlə dolu təyyarə yandı: 41 ölü - VİDEO

“Şeremetevo” hava limanında təcili eniş zamanı alova qərq olmuş “Sukhoi Superjet 100” təyyarəsindəki sərnişinlərdən biri insanların təlaş-təşviş içində olmasına rəğmən, soyuqqanlılıq nümayiş etdirərək salonun aynasından həmin dəhşətli anları videokameraya çəkməyə belə özündə güc tapıb.

Buta.media lenta.ru-ya istinadla həmin görüntüləri təqdim edir. 

Qeyd edək ki, Moskva-Murmanskı aviareysi üzrə havaya qalxdıqdan az sonra qəza enişi edən təyyarədəki 73 sərnişin və 5 ekipaj üzvündən 41-i həlak olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ