Zelenski bəyan edib ki, Putin ordusuna nəzarət etmir

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Afrika liderlərinin səfəri günü Rusiya qoşunlarının Kiyevə endirdiyi zərbələr RF prezidenti Vladimir Putinin ordusuna “tamamilə” nəzarət etmədiyini və ya “qeyri-adekvat” olduğunu göstərir. Zelenski bunu Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

“O, öz silahlı qüvvələrinə, o cümlədən “Vaqner” muzdlularına nəzarət etmir, çünki onlar, sabah bizdən sonra Rusiyaya səfər edəcək ölkələrin rəhbərlərinin olduğu şəhəri atəşə tutublar. Ya bu adam [orduya] nəzarət etmir, ya da “qeyri-adekvatdır”. Çünki insan dünyanı görməyə hazır deyil. Adam Ukrayna dövlətini tamamilə silmək, məhv etmək istəyir. Əgər bir insanın belə niyyəti varsa, o zaman mənim çoxlu suallarım var, bu adamla hansı ünsiyyət və hansı dialoq [ola bilər]”, - deyə Zelenski bildirib.

Afrika liderlərindən ibarət nümayəndə heyəti Volodimir Zelenski ilə sülh missiyasını müzakirə etmək üçün iyunun 16-da Kiyevə səfər edib. Nümayəndə heyətinə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa başçılıq edib. Səfər günü Rusiya qoşunları Kiyevi atəşə tutub.

Ukrayna prezidenti ilə görüşdən sonra Kiril Ramafosa silahlı münaqişə tərəflərini deeskalasiyaya çağırıb. O, həmçinin diplomatik danışıqlar aparmağı təklif edib. Ramafosa qeyd edib ki, Zelenski ilə danışıqlardan sonra iyunun 17-də Sankt-Peterburqda Vladimir Putinlə görüşəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ