Rusiya Xersona raket atəşinə tutub

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak bildirib ki, iyunun 16-da günortadan sonra Xerson şəhərinin ən azı 23 sakini, o cümlədən üç uşaq Rusiyanın şəhərə hücumu nəticəsində yaralanıb.

Onun sözlərinə görə, Xersonun mərkəzi, Korabelnı rayonu və Tavriy mikrorayonu (şəhərin ən böyük mikrorayonu) atəşə tutulub. Yermak vurğulayıb ki, tibb müəssisəsi, uşaq bağçası, supermarket, yaşayış binaları, avtomobillər, elektrik xətləri zədələnib.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Yermakın sözlərinə görə, zərərçəkənlərdən üçünün vəziyyəti ağır qiymətləndirilir, qalanları orta və yüngül xəsarətlər alıb.

Xerson vilayətinin prokurorluğu müharibə qanunlarının və adətlərinin pozulması maddəsi ilə ibtidai istintaqa başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ