Rusiya Belarusda nüvə silahı yerləşdirib

Rusiya prezidenti Vladimir Putin Belarus ərazisində yerləşdirilməsi planlaşdırılan nüvə yüklərinin ilk partiyasının çatdırıldığını bildirib.

“Bu, sadəcə birinci hissədir. İlin sonuna kimi biz tapşırığı tam şəkildə yerinə yetirəcəyik”, - deyə Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bildirib.

Vladimir Putin 2023-cü ilin martında Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırdığını açıqlayıb. 

Mayın sonunda iki ölkənin müdafiə nazirləri Sergey Şoyqu və Viktor Xrenin müvafiq sənədləri imzalayıblar. Eyni zamanda, Aleksandr Lukaşenko nüvə silahının Belarusa ötürülməsinə artıq başlandığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ