Putin: “Zelenskini yəhudi xalqının üz qarasıdır”

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib ki, “onun yəhudi dostları Ukrayna prezidenti Volodimir Zelenskini yəhudi xalqının üz qarası hesab edirlər”.

Amerikalı politoloq Dmitri Sayms (Rusiya prezidentinin iştirakı ilə keçirilən plenar iclasa o moderatorluq edib) Putinə sual verib ki, Qərb Rusiyanın Ukraynaya qarşı nasizmlə bağlı ittihamlarını baş düşmür, belə ki, Ukrayna prezidenti Volodimir Zelenski yəhudidir.

Bundan sonra salona toplaşanlara və yayımı izləyənlərə İkinci Dünya Müharibəsi illərində Ukrayna və Polşa ərazisində törədilmiş cinayətlərdən bəhs edən kadrlar nümayiş etdirilib. Putin Ukraynada nasizmlə bağlı suallar gözlədiyini bildirib və bu videoların hazırlanmasını istəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ