Saakaşvili siyasətə qayıdır

“Gürcüstan siyasətində fəal şəkildə iştirak etmək niyyətindəyəm”.

Bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

“Dünən Acarıstan Ali Sovetində gördüyüm vətən xainlərinin paradı bardağı daşıran son damla oldu. Səhhətimlə bağlı vəziyyətimə baxmayaraq, Ukraynadakı fəaliyyətimlə paralel Gürcüstan siyasətində də olduqca fəal şəkildə iştirak etmək niyyətindəyəm.

Biz əllərimizi yanımıza salıb Ukraynanın qələbəsini gözləmək yerinə, yenilikçi və cəsarətli addımlarımızla bu qələbəni fəal şəkildə yaxınlaşdırmalıyıq.
Bu gündən fiziki olaraq iştirak edə bildiyim bütün “məhkəmə”lərə qatılmağı düşünürəm.

Həmçinin, həmişə olduğu kimi, Avropanın bütün milli, anti-Rusiya qüvvələrini, o cümlədən ilk növbədə qurucusu olduğum “Milli hərəkat” partiyasını birləşməyə çağırıram”, - Saakaşvili qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ