Gürcüstan prezidenti Saakaşvilinin niyə əfv etməməsini açıqladı

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, o, ölkənin eks-prezidenti və Ukrayna vətəndaşı Mixail Saakaşvilini əfv etməkdən imtina edir, çünki gürcü xalqı Saakaşvilinin ölkəyə rəhbərliyi dövründə törətdiyi cinayətlərə görə cəzasını çəkməyini istəyir. Zurabişvili bu barədə “Ukrayinska Pravda”ya müsahibəsində bildirib.

“Mən ilk növbədə gürcü xalqı qarşısında cavabdehəm. Prezident kimi mən gürcü xalqının özünü necə hiss etdiyini düşünməliyəm. Gürcü xalqı çoxlu qurbanlar verən Saakaşvili rejiminin əsariti altında qalıb. Və bu, Gürcüstan əhalisini qütbləşdirən və qütbləşməyə davam edən sualdır.

Söhbət ondan getmir ki, gürcü xalqı Saakaşvilinin günahkar olmadığına inanır. Onlar sadəcə Saakaşvili ilə düzgün rəftar edilməli olduğu düşünürlər. Onlar çox humanistdirlər; gürcülər tolerantdırlar. Lakin xalq hesab edir ki, Saakaşvili hakimiyyəti dövründə törətdiyi cinayətlərə görə cavab verməlidir”, - Gürcüstan prezidenti bildirib.

Eyni zamanda, Zurabişvili əlavə edib ki, Saakaşvilinin ekstradisiyası ilə bağlı heç bir sorğunun olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ