Putin Ukrayna ilə müharibədən danışdı

Ukraynada “xüsusi əməliyyat”ın vəzifələri hazırkı vəziyyətə uyğun olaraq dəyişir, lakin ümumilikdə onlar fundamental xarakter daşıyır. Bunu Rusiya prezidenti Vladimir Putin hərbi komandirlərlə görüşündə deyib.

“Hədəflər mövcud vəziyyətə uyğun olaraq dəyişir, lakin ümumilikdə, əlbəttə ki, biz heç nəyi dəyişməyəcəyikr”, - Rusiya mətbuatı Putinin sözlərindən sitat gətirib.

Putin qeyd edib ki, xüsusilə, Ukraynanın “demilitarizasiyası” məsələsi əsas hədəf olaraq qalmaqdadır.

O, həmçinin bəyan edib ki, Rusiyada hərbi vəziyyətin tətbiqinə ehtiyac yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ