Ərdoğan Zəngəzur dəhlizinin önəmindən danışdı

Şuşa Bəyannaməsinin maddələrini uğurlu şəkildə həyata keçirməkdə qətiyyətliyik.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O, həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin tez bir zamanda açılması önəmlidir. Onun sözlərinə görə, bu həm də Türkiyə ilə Naxçıvan arasında nəqliyyatı asanlaşdıracaq: 

“Zəngəzur dəhlizi, dəmir yolu, avtomobil yolu mühüm əhəmiyyət daşıyır”.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Zəngəzur dəhlizi Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafına səbəb olacaq: 

“Yol mədəniyyətdir. Yol yoxdursa, heç bir şey yoxdur. Azərbaycanın da savaşdan sonra üzərində həssas durduğu məsələ infrastruktur, yollardır. Bütün tunellər, çəkilən yollar Azərbaycanın İkinci Qarabağ savaşından sonra necə inkişaf etdiyini göstərir. İyirmi il əvvəl Bakını və indi də Qarabağı da düşünürəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ