Rusiyalı general-mayor Sergey Qoryaçov iyunun 12-də Ukraynada gedən döyüşlər zamanı həlak olub.
Qoryaçovun raket zərbəsi nəticəsində öldüyü qeyd edilir.
“Dünən, iyunun 12-də, demək olar ki, bütün hərbi təmas xətti boyunca, xüsusən də “Vremevski” adlanan yerdə ağır döyüşlər getdi”, - Rusiya Telegram kanalları yazıb.
Qeyd edilib ki, Qoryaçev Rusiya Hərbi Hava Qüvvələrində hərbi xidmət keçib. Sonra Dnestryanıdakı Rusiya kontingentinə rəhbərlik edib, Tacikistandakı 201-ci hərbi bazaya, həmçinin Xabarovskdakı təlim mərkəzinə komandanlıq edib.