Sinan Oğan Ərdoğanla birlikdə Azərbaycana gəlir

Türkiyədə keçirilən son prezident seçkisində namizəd olmuş Sinan Oğan sabah, iyunun 13-də Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana təşkil ediləcək dövlət səfərində onu müşayiət edəcək.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

S.Oğanın iki qardaş ölkə arasında keçiriləcək geniştərkibli görüşlərdə iştirak edəcəyi də qeyd olunur.

Qeyd edək ki, R.T.Ərdoğan prezident seçildikdən sonra ilk səfərini bu gün Şimali Kipr Türk Respublikasına, sabah isə Azərbaycana edəcək. Bu, Türkiyədə dövlət ənənəsidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ