Azərbaycan ermənini həbsxanadan buraxdı

Erməni əsilli Rusiya vətəndaşı Marat Uyeldanov (Qalustyan) Bakıdan Rusiyaya çatdırılıb. 

Buta.media Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Maratın bacısı Marianna Mirzoyan “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, Qalustyan 2016-cı ilin iyulunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (böyük həcmdə narkotik vasitələrin qanunsuz əldə edilməsi, istehsalı, saxlanması və yayılması) üzrə saxlanılmışdı. 8 il həbsə məhkum edilən Qalustyan uzun müddət imiş Bakıda işləyirmiş.

O, həyat yoldaşının soyadını götürərək özünü Ueldanov kimi təqdim edib. Həbsindən sonra isə erməni mətbuatı onun erməniəsilli olması səbəbindən tutulması iddiasını irəli sürmüşdü.

2019-cu ilin yanvarında Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanla aparılan danışıqlar nəticəsində Marat Ueldanov-Qalustyanın Rusiyaya qaytarılacağına ümid etdiyini bildirmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ