Ankaranı su basdı - foto / video

Bazar günü güclü yağışdan sonra Ankaranın mərkəzində bir neçə məhəllə su altında qalıb. Türkiyə paytaxtının müxtəlif ərazilərində qısamüddətli, lakin intensiv yağıntılar olub.

Türkiyə Baş Meteorologiya İdarəsinin əməkdaşlarının yerli telekanalların efirində verdiyi məlumata görə, bəzi ərazilərdə 50 mm-ə qədər yağıntı düşüb. Şəhərin nisbətən aşağıda yerləşən məhəllələrini su basıb.Yenişəhər bazarı ərazisində suyun səviyyəsi 60-70 sm-ə çatıb. Axın avtomobilləri və kuryer xidmətlərinin motosikletlərini aparıb.

Metronun Sıhhiye stansiyasını su basıb. Burada su birbaşa yeraltı keçidlərə tökülərək tunelə ziyan vurub. Həmçinin yol ötürücülərinin yeraltı hissələrinin su basması səbəbindən bir müddət bəzi yollar bağlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ