İraqda Türkiyə ordusunun iki hərbçisi həlak olub

İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi həlak olub.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya tviter hesabında yazıb.

O, qeyd edib ki, əməliyyat çərçivəsində çavuş Cem Ahmet Kaya və Halil Şahin şəhid olublar.

Nazir hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ