Şoyqu muzdluların Müdafiə Nazirliyinin nəzarətinə keçməsini tələb edir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bütün “könüllü dəstələri” iyulun 1-dək Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edən fərman imzalayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Rusiya hakimiyyəti “Vaqner” özəl hərbi şərkətini “könüllü dəstə” hesab edir. Yeni qanun hakimiyyət orqanlarına bu dəstələrin fəaliyyətinə nəzarət etmək və tənzimləmək imkanı verir. Özəl hərbi şirkətlərin mövcudluğu birbaşa Rusiya qanunvericiliyinə ziddir: Rusiya Federasiyasında formal olaraq muzdlu təşkilatlar qadağandır. 

Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov bildirib ki, bu qanun “könüllülərə” lazımi hüquqi status verəcək və tapşırıqların təşkili və icrasına vahid yanaşmaları təmin edəcək.

“Sərəncam bütün könüllülərə ya könüllü dəstələrlə, ya da Müdafiə Nazirliyi ilə fərdi müqavilələr bağlamaq hüququ verir”, - Pankov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ