İranın pilotsuz təyyarələri Ukrayna üçün “baş ağrısına” çevrilib

Rusiyanın Ukraynada tətbiq etdiyi İran istehsalı olan pilotsuz təyyarələr Ukrayna Hərbi Hava Qüvvələri üçün problem olaraq qalmaqda davam edir. Bunu Ukrayna mətbuatına müsahibəsində Hərbi Hava Qüvvələrinin spikeri, polkovnik Yuri İqnat deyib.

“İran pilotsuz təyyarələri “baş ağrısıdır”. Onların hamısını vurmaq hələ də çətindir. Bu PUA-ların sayı çox olanda onlar müxtəlif yollardan istifadə edir, yerin səthinə yaxın uçurlar və onlara təyyarə ilə vurmaq çətinləşir. Çünki dronun sürəti 150 km/saat, qırıcı isə ən azı 400 km/saat sürətlə uçur. Bu pilotsuz təyyarəni gecə vaxtı quru qoşunlarının və ya mobil atəş qruplarının hava hücumundan müdafiə sistemləri ilə vura bilmirik”, - deyə Ukrayna hərbçisi bildirib.

İqnatın sözlərinə görə, Rusiya Ukraynanın hava hücumundan müdafiəsini tükəndirmək üçün bu pilotsuz təyyarələri gecələr qəsdən buraxır. Məqsəd Ukrayna Müdafiə Qüvvələrinin onlara daha çox zenit raketləri sərf etməsidir. Beləliklə, rusiyalılar Ukrayna komplekslərinin harada olduğunu görə bilir və gəmi və ya təyyarələrdən raket hücumu zamanı düzəlişlər edə bilirlər.

İyunun 11-də səhər saatlarında Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin İranın altı “Şahed”ini məhv etdiyi açıqlayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ