Ukrayna əks-hücuma başlayıb - Böyük itkilər var

İyunun 4 və 5-də Ukrayna Silahlı Qüvvələri çoxdan planlaşdırılan və elan edilmiş hücum əməliyyatına başlayıb. Hələlik onun forması və əsas zərbənin istiqaməti aydın deyil.

Birinci mərhələdə açıq şəkildə Qərb ölkələrinin köməyi ilə yay kampaniyasına hazırlanan bütün qüvvələr cəlb olunmur.

Gözlənilənlərin əksinə olaraq, Ukrayna komandanlığı ilk mərhələdə öz qüvvələrini dağıtmaq qərarına gəlib: Ukrayna Silahlı Qüvvələri yalnız Zaporojye və Donetsk vilayətlərinin qərbində üç əməliyyat istiqamətində hücuma keçməyə çalışır. Ukrayna ordusu hələ may ayında Baxmut cəbhəsinin iki cinahında başlayan hücumu davam etdirir, o zaman komandanlıq hətta beş əməliyyat istiqaməti seçib.

Bəlkə də məhz qüvvələrin bu formada dağılması taktiki problemlərə səbəb olub:

Ukrayna Silahlı Qüvvələri heç bir istiqamət üzrə Rusiya müdafiəsinə beş kilometrdən çox irəliləyə bilməyib;

Onlarla texnika, o cümlədən xüsusi olaraq gətirilən alman “Leopard” tankları və Amerikanın “Bradley” piyada döyüş maşınları itirib.

Hücumun uğurlu olması üçün Ukrayna Silahlı Qüvvələri həm taktiki problemləri (Rusiya Silahlı Qüvvələrinin mövqeləri qarşısındakı boz zonadan çox itki vermədən keçmək), həm də operativ problemləri (Rusiya müdafiəsinin ən zəif nöqtəsi müəyyən etmək və ona konsentrasiyalı zərbə endirmək) həll etməli olacaq.

Ukrayna Silahlı Qüvvələrinin taktiki problemlərinin bütün əməliyyata necə təsir edəcəyini söyləmək hələ tezdir. Çox güman ki, Ukrayna ordusu ilk növbədə minalanmış sahələr vasitəsilə irəliləməsinə mane olan və onlara ən çox ziyan vuran Rusiya artilleriyasını yatırmağa diqqət yetirməli olacaq. Bunun üçün Ukrayna Silahlı Qüvvələri öz artilleriyasının böyük hissəsini ön cəbhəyə cəmləşdirməli olacaq.

Güclər nisbəti indiyədək əsaslı şəkildə dəyişməyib. Böyük qüvvələr Ukrayna ordusunun ehtiyatında qalır: yeni briqadaların əksəriyyəti hələ döyüş meydanında görünməyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ