İsrail İranla müharibəyə hazırlaşır - KİV

İsrail Ordusu (ÇAXAL) İranla müharibəyə hazırlaşır. Bu barədə “Ynet” nəşrinin hərbi şərhçisi Yoav Zeytun yazıb.

Onun sözlərinə görə görə, ÇAXAL ilk irimiqyaslı İran-İsrail müharibəsinə real hazırlıq mərhələsinə qədəm qoyub. Yoav Zeytun qeyd edir ki, İsrail hərbi kəşfiyyatı və Hərbi Hava Qüvvələri İranın nüvə obyektinə dəqiq hücum planlayır.

Müəllif bildirir ki, İsrail hərbi kəşfiyyatının (AMAN) strukturunda İranla tammiqyaslı müharibə ssenarilərinin simulyasiyası ilə məşğul olacaq ayrıca bölmə yaradılıb.

“ÇAXAL düşüncə tərzini əhəmiyyətli dərəcədə dəyişməli oldu, - Hərbi Kəşfiyyat Araşdırma Departamentinin nəzdində yaradılan yeni 54 saylı bölmənin zabitləri izah edirlər. Bu, “Hizbullah”la müharibə və ya Qəzzada “HƏMAS” və ya “İslam Cihadı”na qarşı əməliyyatlara bənzəmir”, – Ynet yazır.

Zeytun vurğulayır ki, yeni bölmə ÇAXAL-ın İran ordusu ilə genişmiqyaslı hərbi qarşıdurmaya hazırlığının ilk əlaməti olmalıdır: 

“Bu bölmənin əsas işi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) haqqında kəşfiyyat məlumatları toplamaqdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ