Rusiya hiss edir ki, sonuna az qalıb - Zelenski Putinə cavab verdi

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, əks-hücum və müdafiə əməliyyatları hazırda həyata keçirilir, Ukrayna hərbçiləri isə yaxşı əhval-ruhiyyədədirlər.

Jurnalistlərin sosial şəbəkələrdə və mediada əks-hücumun başlanması ilə bağlı çoxlu məlumatların yer alması, həmçinin Rusiya prezidenti Vladimir Putinin bu barədə açıqlama verməsi ilə bağlı sualını cavablandıran Zelenski deyib:

“Rusiyanın sonu çatdığını daima hiss etməsi vacibdir... Ukraynada əks-hücum və müdafiə xarakterli hərəkətlər gedir, hansı mərhələdən ətraflı danışmayacam. İnanıram ki, biz bütün bunları mütləq hiss edəcəyik. Biz hərbçilərimizə güvənməliyik, mən “güvənirəm”. Müxtəlif istiqamətlərdəki komandirlərimizlə gündəlik əlaqə saxlayıram. Putinə belə də deyin”.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynanın hücumunun başladığını dəqiq söyləmək olar, “bunu strateji ehtiyatlardan istifadə sübut edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ