Ukrayna Putinin apreldə iclas keçirdiyi qərargahı darmadağın etdi - video

Ukrayna ordusu “Arabat əqrəbində” yerləşən və Putinin aprel ayında “Dnepr” qoşun qruplaşması ilə görüş keçirdiyi qərargahı “Storm Shadow” raketləri ilə məhv edib.

Zərbə nöqtəsi cəbhə xəttindən təxminən 130 km aralı yerləşir.

Qeyd olunur ki, sosial şəbəkə istifadəçiləri Şastlivçevo kəndi yaxınlığında partlayışlar barədə yazıblar. Rusiya prezidenti Vladimir Putinin aprel ayında gizli ziyarət etdiyi “Briqantina” uşaq düşərgəsi məhz orada yerləşir.

İşğal edilmiş Xerson vilayətinin “rəhbəri” Vladimir Saldo iki raketin Rusiya bazasına dəydiyini təsdiqləyib.

Melitopol meri İvan Fedorovun sözlərinə görə, partlayışlar Rusiya qoşunlarının yerləşdiyi “Ekspress” bazasında baş verib. O əlavə edib ki, xeyli sayda Rusiya hərbçisi həlak olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ