Narahat olmayın, Azərbaycan ordusu da Ermənistanın müdafiə xəttini bir günə yarmayıb. Bu barədə Ukrayna Prezidentinin Aparatının keçmiş müşaviri Aleksiy Arestoviç “Twitter”də yazıb.
“Xatırladıram ki, Azərbaycan ordusu yeddi-doqquz, bəzən on iki gün ərzində Qarabağda müxtəlif ərazilərdə ermənilərin birinci müdafiə xəttini qırmağa nail olub. Elə sahələr olub ki, azərbaycanlılar orada bir aya müdafiöə xəttindən keçiblər, hətta keçilməyən sahələr də olub. Bu hazırlanmış müdafiədir - onun üzərinə hücum zarafat deyil, qanlı döyüşdür. Aviasiya işləyir, artilleriyamız işləyir, PUA-lar işləyir. Ukrayna Silahlı Qüvvələrinin silahlanma və təlim səviyyəsini nəzərə alsaq, bu vzəiyyətdə başqa variantlar yoxdur. Biz hər şeyi yarıb, əməliyyat məkanına daxil olub, dənizlərə çatacağıq”, - A.Arestoviç yazıb.