Rusiya bir sıra mövqelərini itirir - ISW

Kaxovskaya su elektrik stansiyasının partlamasından sonra daşqın Dnepr çayının sol sahilindəki birinci müdafiə xəttində Rusiya ordusunun Ukrayna hücumlarından müdafiə üçün istifadə etmək üçün qurduğu istehkamlarını məhv edib.

Bu barədə ABŞ Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklərin fikrincə, peyk görüntülərinə əsasən, su axınları Rusiyanın müdafiə istehkamlarını, xüsusən də Qolaya Pristan ərazilərində və Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində məhv edir. Rusiya müdafiə xəttinin uzunluğu boyunca bəzi yerlərdə su birmərtəbəli evin hündürlüyünə çatır.

Ukrayna komandanlığı bildirir ki, Rusiya ordusu öz qoşunlarını və texnikasını təmas xəttindən 15 kilometr kənarlaşdırıb. Daşqından əvvəl onlar beş kilometr məsafədə yerləşirdilər.

ISW yazır ki, hazırda ən böyük təhlükə mina sahələridir. Fəlakət zonasından çəkilmiş fotolarda minaların su altında necə partlaması görünür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ