Şimali Koreya lideri Kim Çen In öz ölkəsində insanlara intihar etməyi qadağan edib və bunu “sosializmə xəyanət”lə eyniləşdirib.
KXDR-dəki mənbələrin məlumatına görə, Şimali Koreya vətəndaşları arasında intiharların sayı ötən illə müqayisədə 40 faiz artıb.
“Şimali Koreyada insanların çətin həyatı səbəbindən çoxlu daxili iğtişaşlar var”, - məlumatda deyilir.
Bildirilir ki, göstəriş verilsə də, yerlərdə məsul şəxslər hələ də mövcud vəziyyətə uyğun həll yolu tapa bilməyiblər.