Finlandiyalı iş adamı Anders Viklefə sürət həddini aşdığına görə dünyada ən böyük yol hərəkəti cəriməsi yazılıb - 121 min avro (təxminən 129 min dollar).
“Buna görə çox təəssüflənirəm” – deyə 76 yaşlı finlandiyalı biznesmen bildirib.
Qeyd olunur ki, iş adamı yol hərəkəti nişanın saatda 50 kilometri aşmamaq tələbini pozaraq avtomobilini saatda 80 kilometr sürətlə idarə edib.
Məlumatda həmçinin qeyd olunub ki, Anders Viklefin sürücülük vəsiqəsi əlindən alınıb və o, 10 gün müddətinə avtomobil idarə edə bilməz.
Əlavə edək ki, Finlandiyada yol hərəkəti qaydalarının pozulmasına görə cəzalar qanun pozuntusunun ağırlığından və cinayətkarın gəlirindən asılıdır.