Novaya Kaxovkada SES-in dağılmasına görə zoopark su altında qalıb - video

Novaya Kaxovkadakı “Kaxovka” su elektrik stansiyasının bəndinin dağıdılması nəticəsində Kazkova Dibrova zooparkını su basıb.

Bu barədə “RBK Ukrayna” məlumat yayıb.

Nəşr yazır ki, hadisə nəticəsində bütün heyvanlar ölə bilər. Jurnalist Andrey Smolnı bildirib ki, bəzi heyvanlar artıq ölüb. R2022-ci ilin fevralına olan məlumata görə, zooparkda 260 heyvan saxlanılıb.

Öz növbəsində Nova Kaxovkanın qanuni meri Vladimir Kovalenko “Strana” nəşrinə verdiyi şərhdə zooparkın ilk su altında qalan obyektlərdən biri olduğunu bildirib.

“Orada olan heyvanların aqibətinin necə olduğunu söyləmək mənim üçün çətindir. Çünki rusiyalılar gecə saatlarında işçilərin zooparka gəlməsinə icazə vermirdilər. Səhər işçilər gəldilər, amma içəri girə bilmədilər, çünki hər yeri su basmışdı”, - Kovalenko deyib.

Şəhər meri “Ukrayinskaya pravda”ya da bildirib ki, hazırda rabitə problemlərinə görə Kaovkadan məlumat almaq çətindir. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ