Ukraynada Kaxovka SES partladıldı - video

Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi məhv edilib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən SES-in kim tərəfindən vurulduğu və ya partladıldığı dəqiq bəlli deyil.

Faktla bağlı Ukraynanın “Cənub” operativ komandanlığı Rusiyanın SES-i partlatdığını açıqlayıb.

Öz növbəsində, Rusiya mətbuatı Ukrayna Silahlı Qüvvələrinin (AFQ) atəşə tutması nəticəsində Xerson vilayətində su elektrik stansiyasının zədələndiyini yazır.

Qeyd edək ki, Kaxovka su elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma və su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ