Kadırov çeçen birləşmələrini Belqoroda göndərməyi təklif etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, “Belqorod vilayətinə basqın edən terrorçularla çeçen bölmələrinin qüvvələri mübarizə apara bilər”.

“Rusiya ərazisində quldur dəstəsini mülki əhaliyə və infrastruktura zərər vermədən məhv etmək üçün xüsusi bilik və təlim lazımdır. Burada bizə təkcə hərbi təcrübə deyil, həm də antiterror təcrübəsi lazımdır”, - Kadırov Telegram kanalında yazıb. O əlavə edib ki, çeçen bölmələri məhz belə təcrübəyə malikdir.

Kadırovun sözlərinə görə, Çeçenistanın güc və hərbi strukturlarının batalyon və alaylarında çeçen döyüşçülərinin sayı 70 min nəfəri ötüb.

“Əlbəttə ki, Ali Baş Komandan daha yaxşı bilir” deyən Kadırov çeçen bölmələrinin Belqorod vilayətinə hərəkət etməyə hazır olduğunu və əmri gözlədiyini vurğulayıb. “Bu, yaxşı qərar olardı”, - Çeçenistan rəhbəri deyib.

Qeyd edək ki, Ukrayna tərəfində döyüşən “Rusiya Könüllülər Korpusu” və “Rusiya Azadlığı” legionu son aylarda Belqorod vilayətində bir neçə hücum keçirdiklərini bəyan ediblər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ