Kılıçdaroğlu həbs oluna bilər

Türkiyənin müxalifət partiyası CHP-nin lideri Kamal Kılıçdaroğlu deputat olmadığı üçün toxunulmazlığını itirəcək

“Kılıçdaroğlu 14 may seçkilərində prezidentliyə namizəd olduğu üçün deputatlığa namizəd olmadı. 2002-ci ildən Türkiyə parlamentinin deputatı kimi onun toxunulmazlığı var. Prokurorluq Kılıçdaroğlu haqqında daha əvvəl açılan 40 cinayət şikayətindən birini təsdiq etsə, CHP partiyasının lideri mühakimə olunacaq”, – Türkiyə mətbuatı yazır.

Qeyd olunur ki, Kılıçdaroğluna qarşı dosyelərdən 16-sı “prezidenti təhqir, təhdid və böhtan atmaq” iddiası ilə hazırlanan hesabatlardan ibarətdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ