Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətində sakinlərin müvəqqəti yerləşdirilməsi mərkəzini atəşə tutub, ölən və yaralananlar var. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.
“Bu gün Ukrayna silahlı qüvvələri Şebekinski rayonunun köçürülmüş kənd bələdiyyələrinin sakinlərinin müvəqqəti yerləşdirilməsi mərkəzini atəşə tutub, insanlar həlak olub və yaralanıb”, - deyə Qladkov teleqram kanalında bildirib.
Vilayət rəhbəri həmin yerə getdiyini dəqiqləşdirib. Hadisə ilə bağlı təfərrüatların daha sonra açıqlanacaq.