Putin Moskvaya hücumdan danışdı - video

Moskvanın hava hücumundan müdafiə sistemi düzgün işləyib. Bunu Rusiya prezidenti Vladimir Putin Moskvaya bugünkü pilotsuz təyyarə hücumlarını şərh edərkən deyib.

Putinin sözlərinə görə, Rusiya qoşunları da Ukraynaya zərbələr endirir, lakin “dəqiq silahlarla və hərbi obyektlərə”.

“Onlar (Ukraynalılar) bizi əks-hərəkətlərə təhrik edirlər, görək nə edəcəyik”, - o deyib.

Putin bildirib ki, “2-3 gün əvvəl” Ukraynanın kəşfiyyat qərargahına zərbə endirilib. Onun sözlərinə görə, buna görə mayın 30-da dronlarla Moskvaya hücum edilib.

“Biz artıq qərar qəbul edən mərkəzlərə qarşı zərbələrin mümkünlüyü barədə danışmışıq. Əlbəttə ki, bu kateqoriyalara 2-3 gün əvvəl vurulan Ukrayna hərbi kəşfiyyat qərargahı da aiddir. Buna cavab olaraq, bildiyiniz kimi, Kiyev rejimi fərqli bir yol seçdi - Rusiyanı, Rusiya vətəndaşlarını qorxutmaq cəhdləri və yaşayış binalarına zərbələr endirmək yolu. Bu, əlbəttə ki, terror fəaliyyətinin əlamətidir”, - Putin bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ