PUA-lar Moskvaya hücum edib - video

Moskvada pilotsuz uçuş aparatının hücumu nəticəsində bir neçə binaya ziyan vurub.

Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

“Bu səhər PUA-nın hücumu nəticəsində bir neçə binaya cüzi ziyan dəyib. Şəhərin bütün təcili yardım xidmətləri hadisə yerindədir”, - məlumatda deyilir.

Sobyanin həmçinin bildirib ki, təhlükəsizlik məqsədilə pilotsuz təyyarələr tərəfindən vurulan iki binanın sakinləri təxliyə edilib. 

“Baza”nın məlumatına görə, mayın 30-da səhər saatlarında Moskva vilayətində ondan çox pilotsuz təyyarə vurulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ