Kosovonun şimalında serb fəallarla 1999-cu ildən regionda təhlükəsizliyi təmin edən beynəlxalq KFOR kontingentinin sülhməramlıları arasında toqquşma baş verib.
Nümayişçilər artıq bir neçə gündür ki, albanyönlü namizədlərin (serblər özləri səsverməni boykot ediblər) qazandıqları yerli seçkilərin nəticələrinə etiraz olaraq inzibati binaları bağlamağa çalışırlar.
Mayın 29-da baş verən toqquşmalar nəticəsində 25-ə yaxın sülhməramlı və 50-dən çox serb yaralanıb. Serbiya prezidenti Aleksandar Vuçiç Kosovo hakimiyyətini Serbiya və NATO arasında münasibətləri gərginləşdirməyə çalışmaqda ittiham edib.