Gecə saatlarında Rusiya ordusu Xəzər dənizi regionundan doqquz Tu-95MS strateji təyyarəsindən 40-a yaxın Kh-101/Kh-555 qanadlı raketləri ilə Ukrayna ərazisini atəşə tutub.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı bildirib.
Məlumata görə, Rusiya həmçinin şimal və cənub istiqamətlərindən İrana məxsus 35 Şahed-136/131 PUA-sı ilə hücum edib.
Ukrayna ordusu 66 hava hədəfini - 37 qanadlı raket və 29 hücum pilotsuz təyyarəsini məhv edib. Bundan əlavə, əməliyyat-taktiki səviyyəli bir kəşfiyyatçı PUA vurulub.