ABŞ hökumətinin Ukraynaya ayırdığı pulun ən yaxşı nəticəsi rusların ölməsidir. Bu sözləri ABŞ senatoru Lindsi Qrem Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı deyib.
“Ruslar ölür <...> Biz heç vaxt pulu bu qədər yaxşı xərcləməmişdik”, - Qrem deyib.
Söhbət zamanı tərəflər ABŞ-ın Ukraynaya 375 milyon dollarlıq son hərbi yardım paketini müzakirə ediblər. Ukrayna prezidenti buna görə ABŞ Senatına təşəkkür edib.