Kiyev “kütləvi” dron hücumuna məruz qalıb

Mayın 28-nə keçən gecə Rusiya hərbçiləri İran istehsalı olan “Shahed” tipli pilotsuz uçuş aparatları ilə Kiyevə hücum edib.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, bu Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ən kütləvi hava hücumu olub. Bazar günü Kiyev Şəhər Gününü qeyd edir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, Rusiya hərbçiləri 54 “Şahed-136/131” zərbə pilotsuz uçuş aparatını müvafiq olaraq şimal və cənub istiqamətlərindən – Bryansk və Krasnodar vilayətlərindən Ukrayna ərazisinə buraxıblar. Dronların əksəriyyəti Kiyevə göndərilib. Hava hücumundan müdafiə qüvvələri 52 pilotsuz uçan aparatı məhv etməyə müvəffəq olub.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, gecə saatlarında şəhərin Solomenski, Svyatoşinski, Peçerski, Qoloseyevski və Obolonski rayonlarında partlayış səsləri eşidilib.

Peçerski rayonunda pilotsuz təyyarənin qalıqlarının yerə düşməsi nəticəsində doqquzmərtəbəli binanın damında yanğın baş verib. Solomenski rayonunda vurulmuş PUA yeddi mərtəbəli qeyri-yaşayış binasının üzərinə düşüb və yanğına səbəb olub. Nəticədə 41 yaşlı kişi dünyasını dəyişib. 35 yaşlı qadın xəsarətlə xəstəxanaya yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ