“Taliban” İrana hücum etdi: İcazə versələr, Tehranı fəth edəcəyik - video

“Taliban” hərəkatının nümayəndələri şənbə günü səhər saatlarında Zabul rayonunda İranla sərhəddə yerləşən Sasoli keçid məntəqəsini atəşə tutublar.

Toqquşma nəticəsində iki iranlı sərhədçi ölüb, iki mülki şəxs isə yaralanıb.

Bu arada “Taliban” bildirib ki, onlar ümumilikdə İranın 18 sərhəd obyektini məhv ediblər.

“İnqilab mühafizəçiləri bu nəhəng postlardan terror hücumları həyata keçirirdilər. İran indiyədək güclü müqavimət göstərməyib. Onların ordusu yumşaq və qadına xas görünür”, – “Taliban” bəyanatında bildirib.

Əfqanıstanda hakimiyyətdə olan Talibanın lideri Əbdülhəmid Xorasani videomüraciətində İranı Qərblə əməkdaşlıqda ittiham edib və Tehranı fəth etməklə hədələyib.

“Bizim gücümüzü sınamayın, siz qərblilərlə pərdə arxasındasınız, biz isə əsl müsəlmanıq, böyüklər icazə versə, Tehranı fəth edəcəyik”, - Xorasani deyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ