Bayden defoltdan qaçmaq üçün razılığın əldə olunduğunu elan edib

ABŞ prezidenti Co Bayden və Respublikaçılar Partiyasının spikeri Kevin Makkarti defoltdan yayınmaq üçün büdcə ilə bağlı prinsipial razılığa gəliblər. Bu barədə Ağ Evin bəyanatında deyilir.

Sənədin mətni daha sonra mayın 28-də dərc olunacaq. Onun mayın 31-də ABŞ Konqresində səsverməyə çıxarılacağı gözlənilir.

“The New York Times”ın yazdığına görə, iki illik büdcə sazişi ABŞ-ın milli borc tavanını qaldırır, eyni dövr üçün bəzi dövlət xərclərini kəsir və məhdudlaşdırır.

Maliyyə naziri Canet Yellenin daha bildirib ki, xarici borc limitinə çatdığına görə ABŞ hakimiyyəti iyunun 5-dək öhdəliklərini ödəməyi dayandıra və defolt elan edə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ