Vuçiç partiya sədrliyindən istefa verdi

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin hakim partiyası olan Serb Tərəqqi Partiyasının rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

O, bu barədə hərəkatın Kraquyevaç şəhərində keçirilən qurultayında danışıb.

Bildirilir ki, Vuçiç müdafiə naziri Miloş Vuçeviçi partiyanın yeni sədri vəzifəsinə təklif edib.

Qeyd edək ki, Serb Tərəqqi Partiyası 2008-ci ildə yaradılıb, Vuçiç onun qurucularından biri olub və 2012-ci ildə hakimiyyətə gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ