Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasından olan həmkarlarına Azərbaycanla sülhün imzalanmasından sonra Qarabağın gələcəyini necə gördüyünü danışıb.
“Hraparak” qəzeti fraksiyadakı mənbələrə istinadən Ermənistanın baş naziri ilə partiya yoldaşlarının söhbəti barədə məlumat əldə edib.
“Azərbaycan daxilində yüksək muxtariyyət, bu o deməkdir ki, Qarabağ Bakı üçün təhlükə yaratmamaq üçün kifayət qədər dövlət səlahiyyətlərinə malik olacaq, lakin onun öz ordusu olmayacaq”, - nəşr Ermənistanın baş nazirinin sözlərindən sitat gətirib:
“Paşinyan hesab edir ki, əgər Azərbaycan Qarabağ xalqının hüquqlarına məhəl qoymasa və təhlükəsizliyi təmin etməsə, Qarabağ Rusiyaya qoşulduğunu elan edə bilər. Ən pis halda isə Qarabağ ermənilərinin başı üzərində təhlükə yaranarsa Ermənistan hakimiyyəti onların Ermənistana köçürülməsini təmin edəcək”, - nəşr yazır.