Medvedev Ukraynaya nüvə zərbəsi enidrməyin şərtlərini açıqladı

Qərb başa düşmür ki, Ukraynaya nüvə silahı verilərsə, qabaqlayıcı zərbə endirmək lazım gələcək. TASS xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Vyetnama səfəri zamanı jurnalistlərə müsahibəsində deyib.

“Müharibənin qaçılmaz qanunları var. Söhbət nüvə silahından gedirsə, qabaqlayıcı zərbə endirmək lazım gələcək”, - deyə siyasətçi bildirib.

Medvedev NATO ölkələrinin belə bir nəticənin olma ehtimalını tam dərk etmədiyini vurğulayıb.

Bundan əvvəl Medvedev Ukraynada münaqişənin yeni dünya müharibəsinə çevrilməsi təhlükəsi barədə xəbərdarlıq edib. Medvedev təklif edib ki, Ukraynanın qərb bölgələri Aİ ölkələrinin, şərqi isə Rusiyanın nəzarətinə keçərsə, o zaman dövlətin qalan hissəsi Aİ və NATO-ya üzv olmaq arzusunu ifadə edəcək. Siyasətçinin fikrincə, belə bir şəraitdə üçüncü dünya müharibəsi riski xeyli artacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ