Ukrayna Rusiyaya hücum edib - video

Mayın 26-na keçən gecə Krasnodarın Morskaya küçəsi yaxınlığında partlayış baş verib. 

Yerli hakimiyyət orqanlarının məlumatına görə, heç kim xəsarət almayıb. Binanın dam örtüyü və pəncərələri zədələnib. 

Krasnodar meri Yevgeni Naumov bildirib ki, hadisə nəticəsində ofis və yaşayış binasına ziyan dəyib. Onun sözlərinə görə, Qaragenaya 77/1 ünvanında yerləşən 5 mərtəbəli binanın şüşələri qırılıb.

Eyni zamanda Baza Telegram kanalı yazır ki, şəhər pilotsuz təyyarələrlə hücuma məruz qalıb. Krasnodar sakinləri 10 dəqiqəlik fərqlə iki partlayış səsi eşitdiklərini bildiriblər.

Öz növbəsində, Shot Telegram kanalı iddia edilən pilotsuz təyyarənin görüntüsünü dərc edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ