“Ukrayna müharibə başlayandan sonra ölkəni qeyri-qanuni yolla tərk etmiş kişilərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayacaq”.
Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klemenko jurnalistlərə açıqlaması zamanı bildirib.
O vurğulayıb ki, bu gün belə qayda və məhdudiyyətlər müəyyən edilməyib:
Ətraflı
“Düşünürəm ki, müharibə başa çatdıqdan sonra dövlət hər bir vətəndaşa müharibə zamanı etdiklərini xatırlatmaq üçün əlindən gələni edəcək. Mən sərhədi qanunsuz keçənləri nəzərdə tuturam", - o qeyd edib.
Nazirin deyib ki, bu, parlament və hökumətin birgə təşəbbüsü olacaq.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində müharibə başlayıb.