Belarusun müdafiə naziri Viktor Xrenin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi ilə bağlı sənədləri imzalayıblar.
Belarus Müdafiə Nazirliyinin məlumatına görə, bu sənədlər “Rusiyanın qeyri-strateji nüvə silahlarının xüsusi anbarda saxlanması qaydasını” müəyyən edir.
“Rusiya nüvə silahını Belarus Respublikasına təhvil vermir: onlara nəzarət və onlardan istifadə qərarı Rusiya tərəfində qalır”, - Şoyqu bildirib.
Sənədlər Minskdə KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında imzalanıb.