Paşinyan: Azərbaycan və Ermənistan kommunikasiyaların açılmasına razılaşıblar

Azərbaycanın rayonlarını Naxçıvanla birləşdirən quru yolu məsələsi ayrıca məsələ deyil, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

Onun sözlərinə görə, mövzu regional kommunikasiyaların bloklanması ilə birlikdə müzakirə edilir.

Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan qarşılıqlı əsasda kommunikasiyaların açılması barədə razılığa gəliblər. Bu kontekstdə yeni nəqliyyat infrastrukturlarının yaradılması ideyası üzərində iş aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ