Priqojin Baxmut döyüşlərində ölən məhbusların sayını açıqladı

“Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojin Baxmut uğrunda döyüşlərdə muzdluların itkiləri ilə bağlı danışıb.

Priqojinnin sözlərinə görə, “Vaqner”  ÖHŞ-ə 50 min məhbus cəlb edilib, onların təxminən 20 faizi artıq ölüb. 

O bildirib ki, “Vaqner” muzdlularının digər kateqoriyaları arasında eyni itki payı var. Priqojin döyüşçülərinin itkiləri ilə bağlı ümumi rəqəmləri açıqlamayıb, lakin onun sözlərinə əsasən belə nəticəyə gələ bilərik ki, “Vaqner” muzdluları Baxnut uğrunda döyüşlərdə 10 mini məhbus olmaqla 15-16 min itki verib.

Priqojin Ukrayna Silahlı Qüvvələrinin itkisinin isə 50 min ölü, 50-70 min yaralı kimi qiymətləndirib.

ABŞ prezidenti Co Bayden mayın 21-də Rusiyanın Baxmut uğrunda döyüşlərdə itkilərinin təxminən 100 min nəfər olduğunu bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ