Moskva Paşinyanın Qarabağla bağlı açıqlamasına münasibət bildirdi

Rusiya XİN Emənistanın Baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına dair açıqlamasına münasibət bildirib.

Bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə danışıb.

Onun sözlərinə görə, Rusiya Paşinyanın açıqlamasına 2022-ci ilin oktyabrında Praqada keçirilən sammit zamanı tutduğu mövqenin təsdiqi olaraq baxır.

Zaxarova xatırladıb ki, Praqa sammitində birgə bəyanat qəbul edilib və bu bəyanat 1991-ci ilin Almatı bəyannaməsinə istinad edir. Sözügedən bəyannamədə isə keçmiş SSRİ respublikaları arasındakı inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınır.

Xatırladaq ki, N.Paşinyan mayın 22-si keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ