COVID-dən daha qorxulu: ÜST yeni pandemiya ilə bağlı həyacan təbili çalır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərində keçirilən illik assambleyasında qurumun rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, bütün dünya ölkələri bəşəriyyət üçün COVID-19-dan daha dəhşətli olacaq pandemiyaya hazırlaşmağa başlamalıdır.

Qebreyesus koronavirusdan daha təhlükəli ola biləcək yeni pandemiya proqnozlaşdırır.

“Yeni xəstəlik və ölümə səbəb ola biləcək başqa bir variantın təhlükəsi var. Bundan əlavə daha ölümcül potensiala malik yeni patogenin təhlükəsi hələ də qalmaqdadır”, - Rusiya KİV-i Qebreyesusun sözlərindən sitat gətirir.

ÜST direktoru həmçinin bildirib ki, bütün dünya ölkələrinin səhiyyə xidmətləri yeni ölümcül təhlükə ilə üzləşməyə hazır olmalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ