RF Müdafiə Nazirliyi: Belqoroda hücum edənlər məhv ediliblər - video

Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb ki, Belqorod vilayətinə daxil olan “Ukrayna birləşmələri” darmadağın edilib.

Əməliyyatda “aviasiya, artilleriya və Qərb Hərbi Dairəsinin bölmələri” iştirak ediblər.

Bəyanatda deyilir ki, hücum edənlərdən 70-dən çoxu öldürülüb, dörd zirehli döyüş maşını və beş pikap məhv edilib.

“Sağ qalanlar Belqorod vilayətindən Ukrayna ərazisinə çıxarılıb və orada artilleriya və aviasiya zərbələri ilə zərərsizləşdiriliblər”, - Rusiya Müdafiə Nazirliyi bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ