Türkiyə “Tayfun” ballistik raketinin ikinci sınaq buraxılışını həyata keçirib.
Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir Twitter səhifəsində məlumat verib.
Türkiyə Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin dəstəyi ilə “Roketsan” tərəfindən hazırlanan raket mayın 23-də Qara dənizin Rizə-Artvin hava limanı ərazisindən buraxılıb.
Qeyd edək ki, “Tayfun” raketinin ilk buraxılışı ötən il oktyabrın 18-də həmin ərazidən həyata keçirilib. “Tayfun” raketinin tezliklə Türkiyə Silahlı Qüvvələrinə veriləcəyi gözlənilir.